26.10.2023-cü ildə “ÜTF və texnologiya” kafedrasının müəllimi İradə Adil qızı Seyidovanın “Təsviri incəsənət müəllimliyi” ixtisasının 3(1) kursunda “Əməyin mühafizəsi və təhlükəsizliyi” fənnindən açıq dərsi keçirildi.

26.10.2023-cü ildə “ÜTF və texnologiya” kafedrasının müəllimi İradə Adil qızı Seyidovanın “Təsviri incəsənət müəllimliyi” ixtisasının 3(1) kursunda “Əməyin mühafizəsi və təhlükəsizliyi” fənnindən “Tədris və tədris istehsalat binalarında havadakı tozluğun tətqiqi” mövzusunda açıq dərsi keçirildi.

 Açıq dərsdə fakültənin  dekanı, prof. M.S.Quliyev.,  kafedra müdiri dos.E.M.Cavadov., GDU –rektorluğunun nümayəndəsi dos.C.İbrahimov., Fizika kafedrasının müdiri, dos.Y.B.Namazov., kafedranın əməkdaşlarından  dos.M.Ş.Sadıxova., dos.G.R.Əhədova., b/m.t.f.d.B.S.Hacıyeva., b/m.p.f.d.G.Q.Hüseynova.,  lab.müd.A.M.Quliyeva iştirak etdilər.

Dərsdə havanın tozluğunu təyin etmək üçün istifadə edilən cihazın iş prinsipi izah olundu və havanın  vahid həcmində tozun miqdarının çəki üsulu ilə təyin  olunması metodu göstərildi. Alınmış nəticələr normativ qiymətlərlə müqayisə olunub təcrübə sahəsinə sanitar – gigiyenik qiymət verildi.

 Açıq dərsin sonunda  müzakirə keçirildi və açıq dərs  “yaxşı” qiymətləndirildi.