18 oktyabr 2016 – cı ildə Dosent M.C.Tağıyevanın açıq dərsi keçirildi.

        

     

18 oktyabr  2016- cı il tarixdə Gəncə Dövlət Universitetinin Fizika və Texniki Fənlər fakültəsinin Fizika kafedrasının dosenti Mətanət Camal qızı  Tağıyevanın  III kurs Fizika müəllimliyi ixtisasında “Kvant mexanikası” fənnindən açıq dərsi keçirilmişdir. Açıq dərsin mövzusu “Düzbucaqlı potensial çuxurda zərrəciyin hərəkəti. Tunel effekti” olmuşdur.

Açıq dərsdə Fakültə dekanı prof.M.S.Quliyev, Fizika kafedrasının  müdiri, dos.N.Quliyev, Fakültə metodiki şurasının sədri prof. E.H.Mövsümov, kafedranın professor – müəllim heyəti üzvlərindən 7 nəfəri, ÜTF və Texnologiya kafedrasının müdiri E.M.Cavadov,  Psixologiya kafedrasının dosenti C.İbrahimov iştirak etmişlər.

Açıq dərs müvafiq tələblərə uyğun aparılmışdır. Açıq dərsdən sonra tələbələrin iştirakı ilə müzakirə edilmiş və açıq dərs 31 balla “əla” qiymətləndirilmişdir.

Açıq dərs tələbələrin iştirakı ilə yaxşı qiymətləndirilmişdir.