27.XI.2023-cü il tarixdə ÜTF və texnologiya kafedrasının müəllimi Afət Cəlal qızı Məmmədzadənin “Texnologiya  müəllimliyi” ixtisasının 4 kursunda “Kənd təsərrüfat müəssisələrində yem istehsalı texnologiyası və istifadə olunan maşınların quruluşu və tətbiqi ” mövzusunda açıq dərsi keçirildi.

13.11.2023-cü ildə “ÜTF və texnologiya” kafedrasının müəllimi Afət Cəlal qızı Məmmədzadənin “Texnologiya  müəllimliyi” ixtisasının 4 kursunda “Kənd təsərrüfatı texnologiyaları” fənninin “Kənd təsərrüfat müəssisələrində yem istehsalı texnologiyası və istifadə olunan maşınların quruluşu və tətbiqi ” laborator məşğələ mövzusunda açıq dərsi keçirildi.

Açıq dərsdə fakültənin  dekanı prof.M.S.Quliyev.,   kafedra müdiri dos.E.M.Cavadov., kafedranın əməkdaşlarından  b/m.t.f.d.T.Z.Verdiyeva., b/m.E.C.Hüseynov., Lab.müdiri A.M.Quliyeva, proqr. M.İbrahimova., lab.müdiri S.Bağırova., emal.müdiri Y.Abdullayeva iştirak etdilər.

Dərsdə fənn müəllimi kənd təsərrüfat müəssisələrində yem tədarük edilməsi üçün istifadə olunan maşınların quruluşu və iş prinsipindən ətraflı izah etdi. Dərsdə yem istehsalı prosesində istifadə olunan texniki vasitələrin xarakteristikaları təhlil olundu.

Açıq dərs “yaxşı ” qiymətləndirildi.