28.11.2023- cü il tarixdə “ÜTF və texnologiya” kafedrasının baş müəllimi Hüseynov Elbrus Cəlal oğlunun “Texnologiya müəllimliyi” III kursunda “Avtomobil” fənnindən açıq dərsi oldu.

28.11.2023- cü il tarixdə “ÜTF və texnologiya” kafedrasının baş müəllimi Hüseynov Elbrus Cəlal oğlunun “texnologiya müəllimliyi” III kursunda “Avtomobil” fənnindən “Daxili yanma mühərrikinin yağlama və soyutma sistemləri” mövzusunda açıq dərsi oldu.

Açıq dərsdə fakültə dekanı prof. M.S.Quliyev., Fizika kafedrasının müdiri dos. Y.B.Namazov., ÜTF və texnologiya kafedrasının müdiri dos.E.M.Cavadov., dos.G.R.əhədova., b/m.S.A.Tağıyeva., b/m.G.Q.Hüseynova., dos.(attestatsız) M.Ş.Sadıxova., müəl.İ.A.Seyidova., b/m.B.S.Hacıyeva iştirak etdilər.

Fənn müəllimi dərsdə çoxlu şəkildə əyani vəsaitlər, yağlama və soyutma sistemlərinin əsas detallarını gətirmişdi. Bu əyani vəsaitlərin, eləcə də videoroliklərin nümayişi ilə mövzu çox geniş şəkildə izah olundu.

Fənn müəllimi mövzunu tələbələrə tam çatdırılmasına nail oldu.

Açıq dərsdən sonra dərsin müzakirəsi keçirildi və açıq dərs əla qiymətlə qiymətləndirildi.