28 noyabr 2023- cü il tarixdə Fizika kafedrasının b/m.p.f.d.Rüstəmova Samirə Kamandir qızının açıq dərsi keçirildi.

28 noyabr 2023- cü il tarixdə Fizika kafedrasının b/m. p.f.d. Rüstəmova Samirə Kamandir qızının IV kurs “Fizika müəllimliyi” ixtisasında “Fizikanın tədrisində qarşıya çıxan problemlər” fənnindən “Fizika təliminin ənənəvi və müasir metodları” mövzusunda açıq dərsi keçirildi.

Açıq dərsdə Fizika və Texniki fənlər fakültəsinin dekan müavini dos.E.X.İsmayılov., Fizika kafedrasının müdiri dos. Y.B.Namazov., b/m.t.f.d.S.O.Məmmədova., b/m.İ.M.Mövsümova., müəl.T.T.Tahirova iştirak edirdilər.

B/m. S.rüstəmova dərsə başlamazdan əvvəl açıq dərsdə iştirak edən  professor – müəllim heyəti üzvlərini salamladı. Daha sonra kompyuter texnikasından istifadə etməklə mövzunun  nəzəri  hissəsinin izahına başladı.  Bu zaman  tələbələri aktiv şəkildə  mövzunun izahına  cəlb edirdi. Tələbələrin mövzuya  aid suallarını yerində cavablandırdı.

Açıq dərsin sonunda tələbələrin iştirakı ilə müzakirə keçirildi və açıq dərs  “əla” qiymətləndirildi.