13.XII.2023. – dos.Y.B.Namazovun Gəncə şəhəri 13 saylı tam orta məktəbdə “Alternativ enerji mənbələri və onların Azərbaycanda inkişafı” mövzusunda Ustad dərsi keçirildi.

13 dekabr 2023-cü il tarixdə Gəncə şəhəri 13 saylı tam orta məktəbdə GDU-nun Fizika kafedrasının müdiri , dos. Y.B.Namazovun Əsrə bərabər 20 il şüarı altında “Alternativ enerji mənbələri və onların Azərbaycanda inkişafı” mövzusunda Ustad dərsi keçirildi.

Dərsdə Pedaqoji təcrübənin müdiri dos.Qarayev Cabbar., Fizika kafedrasının dosenti İmanov Rizvan., 13 saylı məktəbin rəhbərliyi və yuxarı sinif şagirdləri iştirak edirdilər.

Möhtərəm prezidentimizin İlham Əliyevin 20 ildə Azərbaycanda gedən quruculuq işindən, iqtisadi inkişafımızdan, ordu quruculuğundan, Zəfər qələbəsindən Alternativ enerji sahəsində qəbul olunmuş Dövlət sənədlərindən söhbət açılmışdır.

Azərbaycanda qurulmuş Günəş enerji və külək enerjisi stansiyaları haqqında məlumatlar verilmiş, perspektivliyindən, Qarabağda qurulacaq stansiya layihələrindən danışılmış, maraqlı slaydlar göstərilmişdir. Əyani nümayiş etdirilən generator modelinin köməyi ilə şagirdlərin elektrik enerjisi alması şagirdlərin böyük marağına səbəb olmuşdur.