23.02.2024-cü il tarixdə “ÜTF və texnologiya” kafedrasında “Orqanizmə radioaktiv maddələrin daxil olmasının mümkün yolları” mövzusunda elmi seminar keşirildi

23.02.2024-cü il tarixdə saat 1400-da “ÜTF və texnologiya” kafedrasında elmi seminar keçirildi. Seminarda kafedra müdiri, dos. E.M.Cavadov, dos. E.K.Yaqubov, dos. M.T.Nağıyev, dos. C.İ.Qarayev, dos. G.R.Əhədova, b/m B.S.Hacıyeva, b/m S.A.Tağıyeva, b/m T.Z.Verdiyeva, b/m G.Q.Hüseynova, b/m A.H.Əliyeva, b/m E.C.Hüseynov, müəl. E.E.Həsənova, müəl. İ.A.Seyidova, müəl. A.C.Məmmədzadə, lab/müd. A.M.Quliyeva və kafedranın magistrləri iştirak etdilər. Kafedranın dosenti (attestatsız) M.Ş.Sadıxova “Orqanizmə radioaktiv maddələrin daxil olmasının mümkün yolları” mövzusunda məruzə ilə çıxış etdi.
Məruzəçiyə dos. E.M.Cavadov, baş müəllim B.S.Haciyeva, baş müəllim G.Q.Hüseynova, müəllim İ.A.Seyidova tərəfindən onları maraqlandıran məsələlərlə bağlı suallar verildi və verilmiş suallar cavablandırıldı.
Çıxış edən müəllimlər maraqlı mövzu üçün məruzəçiyə təşəkkür etdilər.