04.04.2024-cü il tarixdə Təsviri incəsənət kafedrasının müəllimi Məmmədova Ayşə Elbrus qızının “Təsviri incəsənət müəllimliyi” ixtisasının III kursunda “Təbiət materiallarının bədii tərtibatı” fənnindən laborator açıq dərsi keçirildi.

04.04.2024-cü il tarixdə Fizika və texniki fənlər fakültəsinin Təsviri incəsənət kafedrasının müəllimi Məmmədova Ayşə Elbrus qızının “Təsviri incəsənət müəllimliyi” ixtisasının III kursunda “Təbiət materiallarının bədii tərtibatı” fənnindən “Təbiət materiallarından müstəvi üzərində kompozisiya. Mərhələ: Kompozisiya üçün eskiz axtarışları” mövzusunda laborator açıq dərsi keçirildi.

Açıq dərsdə Fakültə dekanı prof.M.S.Quliyev., dekan müavini dos.M.C.Tağıyeva., kafedra müdiri, prof.M.M.Məmmədov,, kafedra əməkdaşlarından dos.A.Ə.Hüseynov., b/m.R.Q.Allahverdiyeva., b/m.E.Q.Rəsulova., b/m.X.E.Kazımova., b/m.R.A.Tağıyeva., müəl.A.Ə.Məmmədova iştirak edirdilər.

Dərs əvvəlcədən tərtib edilmiş plana uyğun aparıldı. Müəllimin gənc və təcrübəsinin az olmasına baxmayaraq çox yüksək səviyyəli dərs aparırdı. Mövzu eskizin seçilməsi olduğu üçün 20 – yə yaxın nümunəni əyani vəsait olaraq işləmişdi. Komputer texnikasından və kinoproyektordan səmərəli şəkildə istifadə etdi.

Ümumilikdə keçirilən açıq dərsdən çox razı qaldıq.

Dərs qənaətbəxş hesab edildi.