02 aprel 2024-cü il tarixdə “Texnologiya müəllimliyi” ixtisasının II kursunda dos. Əhədova Gülçimən Rasim qızının ”Materialların kəsilməsi, dəzgah və alətlər” fənnindən açıq dərsi oldu.

02 aprel 2024-cü il tarixdə “Texnologiya müəllimliyi” ixtisasının II kursunda dos Əhədova Gülçimən Rasim qızının ”Materialların kəsilməsi, dəzgah və alətlər” fənnindən “Metalkəsən dəzgahların təsnifatı. Totna dəzgahlarının növləri və tətbiq sahələri” mövzusunda açıq dərsi oldu.

Açıq dərsdə GDU rektorunun səlahiyyətli nümayəndəsi dos.Y.B.Namazov ., Kafedra müdiri, GDU rektorunun səlahiyyətli nümayəndəsi dos.E.M.Cavadov., kafedranın professor – müəllim heyəti üzvlərindən b/m.A.H.Əliyeva., b/m.p.f.d.G.Q.Hüseynova., b/m.E.C.Hüseynov., müəl.İ.A.Seyidova., emal.müd. M.B.Nəsibov., lab.müd.A.M.Quliyeva., tədris ustası T.M.Hüseynova iştirak edirdilər.

Fənn müasir təlim texnologiyalarından istifadə edilərək, interaktiv şəkildə keçirildi. Açıq dərsdən sonra dərsin müzakirəsi keçirildi. Müzakirədə fakültə dekanı prof.M.S.Quliyev., b/m.A.H.Əliyeva., b/m.E.C.Hüseynov çıxış edərək dos.Gülçimən Rasim qızı Əhədovanın açıq dərsindən çox razı qaldıqlarını bildirdilər.

Açıq dərs “əla” qiymətləndirildi.