29.04.2024-cü il tarixdə Təsviri incəsənət kafedrasının müəl.Məmmədov Faiq Şaiq oğlunun “Təsviri sənət tarixi” fənnindən açıq dərsi keçirildi.

29.04.2024-cü il tarixdə Təsviri incəsənət kafedrasının müəlimi Məmmədov Faiq Şaiq oğlunun Təsviri incəsənət müəllimliyi ixtisasının I kurs tələbələrinə “Təsviri sənət tarixi” fənnindən “İntibah dövrünün incəsənəti” mövzusunda açıq dərsi keçirildi.

Açıq dərsdə Fizika və texniki fənlər fakültəsinin dekan müavini dos. M.C.Tağıyeva., Təsviri incəsənət kafedrasının müdiri, prof. Məmmədov M.M. və professor müəllim heyəti üzvlərindən 4 nəfər iştirak edirdi.

müəl.Məmmədov F.Ş. sinfi yaxşı təşkil etmişdi. Müəllimin nitqi səlis idi. Dərs haqqında hazırladığı məlumatlar tələbələr üçün başa düşülən idi. Müəllim eyni mövzunu bir neçə tələbədən hissə – hissə soruşdu ki, bu da dərsin intensiv aparılmasını göstərirdi. Dərsin gedişində müəllimin qoyduğu suallar və apardığı izahatlar elmi və düşündürücü idi.

Ümumiyyətlə dərs tələbə və müəllim heyəti tərəfindən qənaətbəxş hesab edildi.