27.XI.2024-cü il tarixdə Təsviri incəsənət kafedrasının b/m.Həsənova Emilya Mamed qızının “Vitraj” fənnindən açıq dərsi keçirildi

27 noyabr 2024- cü il tarixdə “Təsviri incəsənət”  kafedrasının b/m. Həsənova Emilya Mamed qızının  IV kurs “Təsviri incəsənət müəllimliyi” ixtisasında  “Vitraj” fənnindən “Rəngli şüşələrlə geyimin işlənməsi” mövzusunda açıq dərsi keçirildi

Açıq dərsdə Fakültə dekan müavini dos.M.C.Tağıyeva., Təsviri incəsənət kafedrasının müdiri, prof.M.M.Məmmədov və professor müəllim heyəti üzvlərindən p.f.d. b/m.R.A.Tağıyeva., b/m. E.Q.Rəsulova., b/m.S.E.Kazımova., b/m.X.E.Kazımova., müəl.A.E.Məmmədova iştirak  edirdilər.

b/müəl. Emilya Həsənova dərsin təşkilatı hissəsini  normal qurmuşdur, dərs zamanı müasir kommunikasiya texnologiyalarından istifadə etdi. Müasir dərsə verilən tələblər demək olar ki, tamamilə ödənildi. Tədris prosesində müəllim slaydlarla, eyni zamanda kağız versiyası vəsait nümunələrindən istifadə etdi. Demək olar ki, müəllim qarşısına qoyduğu məqsədinə nail oldu.

Açıq dərsin sonunda tələbələrin və professor – müəllim heyəti üzvlərinin iştirakı ilə müzakirə keçirildi və açıq dərs yüksək qiymətlə qənaətbəxş  hesab edildi.