28.XI.2024 – Fizika kafedrasının müəl.Tahirova Tünzalə Tahir qızının III kurs “Fizika müəllimliyi” ixtisasında “Tətbiqi fizika” fənnindən açıq dərsi keçirildi.

28 noyabr 2024-ci il tarixdə GDU –nun Fizika və texniki fənlər fakültəsinin III kurs Fizika müəllimliyi ixtisasında Fizika kafedrasının müəllimi Tahirova tünzalə Tahir qızının “Tətbiqi fizika” fənnindən “Yarımkeçirici lazerlər, onların iş prinsiplərinin öyrənilməsi” mövzusunda açıq dərsi keçirildi.

Açıq dərsdə Fakültə dekanı prof.M.S.Quliyev., dekan müavini- dos.M.C.Tağıyeva., f.f.d. b/m.A.Həmzəyeva., b/m.İ.M.Mövsümova., f.f.d.b/m. S.R.İmanova iştirak edirdilər.

müəl.T.Tahirova açıq dərsdə kompyuter texnikasından  istifadə etməklə yeni mövzunu tələbələrə izah etdi. Bu zaman  tələbələrlə kommunikativ  əlaqələr quraraq, onların fərdi xüsusiyyətlərini nəzərə almaqla yeni mövzunun izahına cəlb edirdi.

Açıq dərsin sonunda tələbələrlə birgə müzakirə keçirildi və açıq dərs qənaətbəxş qiymətləndirildi.