









Fizika və texniki fənlər fakültəsində “Əməyin təhlükəsizliyi” ilə bağlı akt zalında tədbir keçirildi.
28 aprel Ümumdünya əməyin Təhlükəsizliyi günüdür.
Tədbiri Azad Həmkarlar İttifaqı Komitəsinin sədri, dos. Afaq Qasımova açdı. Sonra Fakültənin dekanı prof. Muğan Quliyev., ÜTF və texnologiya kafedrasının müdiri, dos. Elçin Cavadov., Fakültənin Həmkarlar İttifaqının sədri, Fizika kafedrasının dos.Rasim Hüseynov., Fiziki tərbiyə, çağırışaqədərki hazırlıq və mülki müdafiə kafedrasının b/m. Məmmədova Mahnur və b/m. Ələkbərova Zülfiyyə çıxış etdilər.
Əməyin təhlükəsizliyi hüquqi sosial – iqtisadi, təşkilati, texniki, sanitariya – gigiyenik, müalicə və profilaktik, realibitasiya və digər tədbirlər daxil olmaqla iş prosesində işçilərin həyatını, sağlamlığını və səmərəliliyini qorumaq üçün sistemdir.
Vətəndaşların malik olduqları əsas hüquqlardan biri də onların təhlükəsiz və sağlam şəraitdə işləmək hüququdur (AR-nin konstitusiyasının 35 -ci maddəsinin VI bəndi).
Azərbaycan Respublikasının Əmək məcəlləsinin 3-cü maddəsində “Əməyin mühafizəsi – işçilərin təhlükəsiz və sağlam şəraitdə işləmək” hüququnu təmin etmək məqsədilə, habelə kollektiv müqavilələrdə, sazişlərdə, əmək müqavilələrində nəzərdə tutulan texniki təhlükəsizlik, sanitariya, gigiyena, müalicə – profilaktika tədbirləri, normaları və standartları verilmişdir. Əmək hüquq münasibətlərinin bir elementi kimi əməyin mühafizəsi işçiləri subyektiv hüquqlarını müdafiə edir.