



30 aprel 2025 -ci il tarixdə Gəncə Dövlət Universitetinin Fizika və texniki fənlər fakültəsinin Fizika müəllimliyi ixtisasının I kursunda “Fiziki tərbiyə, çağırışaqədərki hazırlıq və mülki müdafiə” kafedrasının b/m. Ələkbərova Zülfiyyə Bəxtiyar qızının “Mülki müdafiə və ilkin tibbi yardım” fənnindən açıq mühazirə dərsi keçirildi.
Açıq dərsin mövzusu “Mülki müdafiədə istifadə olunan fərdi və tibbi mühafizə vasitələri” olmuşdur.
Açıq dərsdə Fizika və texniki fənlər fakültəsinin dekan müavini dos.Elxan İsmayılov, GDU rektorunun nümayəndəsi dos.Yahya Namazov., “Fiziki tərbiyə, çağırışaqədərki hazırlıq və mülki müdafiə” kafedrasının müdir əvəzi baş müəl.Mahnur Məmmədova və b/m Fikrət Hüseynov iştirak etmişdir.
Müəllim Açıq dərsin gedişində mövzuya aid əyani vəsaitlərdən, müasir texnologiyadan istifadə etdi. Mövzuya aid slayd təqdim edildi.