III kurs “Fizika müəllimliyi” ixtisasında  F  “Statistik fizika” fənnindən  “Kvant statistikası” mövzusunda açıq dərs keçirildi.

1 may 2025-ci il tarixdə Gəncə Dövlət Universitetinin Fizika və texniki fənlər fakültəsinin III kurs “Fizika müəllimliyi” ixtisasında  Fizika kafedrasının dosenti İmanov Rizvan Məhəmmədəli oğlunun   “Statistik fizika” fənnindən  “Kvant statistikası” mövzusunda mühazirə açıq dərsi keçirildi.

Açıq dərsdə  Fizika fakültəsinin dekan müavini: dos.Mətanət Tağıyeva., GDU rektorunun nümayəndəsi, Fizika kafedrasının müdiri dos.Yəhya Namazov və kafedranın dosenti Əliyev Sabir iştirak edirdilər.

dos.İmanov Rizvan kompyuter texnikasından istifadə etməklə tələbələrlə  konstruktiv və kommunikativ əlaqələr quraraq mövzunu hərtərəfli izah etdi.

Açıq dərsin sonunda  müzakirə keçirildi və açıq dərs yüksək qiymətlə qiymətləndirildi.