





14 may 2025 – ci il tarixdə Gəncə Dövlət Universitetinin Fizika və texniki fənlər fakültəsinin ÜTF və texnologiya kafedrasının b/müəllimi, t.f.d. Verdiyeva Təranə Zahid qızının II kurs “Təsviri incəsənət müəllimliyi” ixtisasında “Perspektiva” fənnindən açıq dərsi keçirilmişdir. Açıq dərsin mövzusu “Kölgənin və əksetdirmənin perspektivinin qurulması” olmuşdur.
Açıq dərsdə Fizika və texniki fənlər fakültəsinin dekan müavini, dos.Elxan İsmayılov, ÜTF və texnologiya kafedrasının professor –müəllim heyəti üzvlərindən : müəl.İradə Seyidova və müəl.Samirə Əhmədova iştirak edirdilər.
B/müəl.Təranə Verdiyeva açıq dərsin gedişində əyani vasitələrdən, müasir texnologiyalardan geniş istifadə edərək mövzunu tələbələrə çatdırdı.
Açıq dərsin yekununda tələbələrin və professor – müəllim heyəti üzvlərinin iştirakı ilə açıq dərs qənaətbəxş qiymətləndirildi.