

Fizika və texniki fənlər fakültəsinin Təsviri incəsənət kafedrasının baş müəllimi p.f.d. Tağıyeva Ruqiyyə Akif qızı 4Sİ Milli proqramı üzrə Coursera Beynəlxalq kurslarından 51 sertifikat əldə etmişdir. Müəllimə üstünlüyü öz ixtisasına verməklə, əlavə olaraq tədrisi ingilis dilində olan ixtisaslarda ingilis dilində pedaqogika, psixologiya fənlərini tədris etdiyi üçün sertifikatları əsasən 5 sahə üzrə qazanmışdır. Təsviri incəsənət, Pedaqogika, Psixologiya, İngilis dili və Süni intellekt. Bu böyük uğuru münasibətilə Ruqiyyə müəlliməni təbrik edirik.