AÇIQ DƏRS – 15.10.2025.

15 oktyabr 2025- ci il tarixdə  “ÜTF və texnologiya  kafedrasının” texnika üzrə fəlsəfə doktoru, dosent (attestatsız) Hacıyeva Bahar Sabir qızının II kurs “Maşın mühəndisliyi” ixtisasında “İstilik texnikası” fənnindən “Qazın entalpiyası. Qazın istilik tutumu. Əsas termodinamik proseslər. Politropik proses­in təhlili.”  mövzusunda  açıq dərsi keçirildi.

Açıq dərsdə GDU-nun GDU rektorunun nümayəndələri, dos.Yəhya Namazov və dos. Cəfər İbrahimov, ÜTF və texnologiya  kafedrasının müdiri dos.Elçin Cavadov  və kafedranın professor – müəllim heyəti üzvlərindən 8 nəfəri iştirak edirdilər.

Hacıyeva Bahar dərs prosesində  yeni mövzunun izahı zamanı əyanilik prinsipinə  və müasir kommunikasiya texnologiyalarından istifadə etdi.  Dərsə başlamazdan əvvəl açıq dərsdə iştirak edən  qonaqları və professor – müəllim heyəti üzvlərini salamladı. Daha sonra kompyuter texnikasından istifadə etməklə mövzunun  nəzəri  hissəsinin izahına başladı. 

Açıq dərsin sonunda, tələbələrlə birlikdə müzakirədən sonra açıq dərs “qənaətbəxş” qiymətləndirildi.