AÇIQ DƏRS – 17.10.2025.

17 oktyabr 2025-ci il tarixdə Fizika və Texniki fənlər fakültəsində Təsviri incəsənət kafedrasının baş müəllimi Qoşqarlı Elnarə Qoşqar qızının I (1) kurs Təsviri incəsənət müəllimliyi ixtisasında “Rəngkarlıq” fənnindən “Neytral fonda rənginə və formasına görə sadə əşyalardan ibarət natürmort ” Mərhələ: Rənglə işə başlanması” mövzusunda açıq dərsi keçirildi.

Açıq dərsdə Fizika və texniki fənlər fakültəsinin dekanı prof. Muğan Quliyev, Təsviri incəsənət kafedrasının müdiri, dos. Mərdan Məmmədov., kafedranın professor – müəllim heyəti üzvlərindən b/m. Xəyalə Musayeva, müəl.Anna Səfərova., müəl.Nəzrin Ağayeva, müəl. Fatimə Vahidova iştirak edirdilər.

Açıq dərsin təşkilati hissəsi normal idi. Müasir tələblərə uyğun olaraq təlimin texniki vasitələrindən və kompüterdə slaydlardan əyani vəsaitlərdən yerində istifadə etdi ki, bu da dərsin keyfiyyətinin yüksəldilməsinə xidmət edirdi.

Keçirilən açıq dərs tələbə və müəllim heyəti tərəfindən yüksək qiymətləndirilərək qənaətbəxş hesab edildi.