07.02.2017 – FAKÜLTƏ HƏMKARLAR TƏŞKİLATININ İCLASI

07 fevral 2017 – ci il  tarixdə Fizika və  texniki fənlər  fakültəsinin Həmkarlar   təşkilatının sədri dos.R.K.Hüseynovun   hesabatı, yeni sədrin və yeni heyyətin seçilməsi barədə iclas keçirildi. İclasda GDU-nun Azad Həmkarlar İttifaqı Komitəsinin  sədri, Afaq Qasımova, Fakültə dekanı, prof.Muğan Quliyev., Həmkarlar İttifaqı heyətinin üzvü, Pedqogikan və təhsilin əsasları kafedrasının müdiri, dos.Quliyev A.İ., və fakültənin bütün əməkdaşları iştirak edirdilər.

İclasda fakültə dekanı prof.M.Quliyev, dekan müavini, dos. E.İsmayılov, Təsviri incəsənət kafedrasının müdiri, dos.M.Məmmədov., ÜTF və texnologiya kafedrasının dosenti E.Yaqubov, Fizika kafedrasının baş müəllimi F.Hacıyev., çıxış edərək Həmkarlar Təşkilatının fəaliyyəti haqqında öz fikirlərini söylədilər.

Fakültə Həmkarlar Təşkilatının sədri, dos. Rasim Hüseynov çıxış edərək həmkarların fəaliyyəti haqqında hesabat  verdi.

Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası XX əsrdə 2-ci dəfə müstəqillik əldə etdikdən sonra 5 fevral 1993-cü  il tarixində konfederativ tipli Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası yarandı.

1994-cü il fevral ayının 24-də 792 №-li fərmanda Azərbaycan Respublikası Prezidenti müstəqil respublikanın tarixində ilk dəfə olaraq «Həmkarlar İttifaqı haqqında” Azərbaycan Respublikası Qanununu təsdiq edib. Bu qanun Respublikamızda Həmkarlar İttifaqının hüquqlarını, ittifaq üzvlərinin əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün geniş fəaliyyət təminatlarını müəyyən edib.

Təşkilatın ali orqanı 5 ildən bir keçirilən hesabat-seçki konfransıdır. Bildiyiniz kimi fakültə həmkarlar təşkilatının idarə heyəti mövcud vəziyyətdə 2 il müddətinə seçilib və son 2  ildə, daha dəqiq desək, 2015– ci  ilin fevral ayından təşkilata mən sədrlik etmişəm. Təşkilatın idarə heyəti fakültədə fəaliyyət göstərən bütün kafedraların hər birindon nümayəndə olmaqla 5 nəfərdən ibarət olmuşdur.

Tədbirlərin hamısında bütün həmkarlarımızın yüksək mütəşəkillikiə iştirak etmişlər.

Həm tədrisin yüksək peşakarlıqla təşkil olunduğu, həm də həmkarlann tədbirlər planına uyğun yüksək mütəşəkilliklə iştirak etməsi fakültə dekanının səmərəli fəaliiyəti ilə bağlıdır.

Universitet Azad Həmkarlar İttifaqının dəstəyi ilə sanatoriyalar putyovkalar təşkil olunmuş, yayda bəzi kafedra üzvlərinin ekskursiyası təşkil olunmuş və il boyu bütün tədbirləri fəal təşkilatçısı olmuşdur. Həmkarlar İttifaqı konfederasiyasının fəxri fərmanına layiq görülmüş həmkarlanmız da var. Həmkarlar İttifaqı komitəsi  övladların da mədəni istirahət etməsi məqsədi ilə şəhərin Kukla teatrında və Dram teatrında yolka şənlikləri üçün biletlər təşkil etmişlər.