





13 noyabr 2025-ci il tarixində Fizika kafedrasının baş müəllimi, fizika üzrə fəlsəfə doktoru İmanova Sevinc Ramazan qızının IV kurs Fizika müəllimliyi ixtisasında “Astronomiya” fənnindən “ Dünyanın geosentrik v heliosen sistemləri. Kepler qanunları” mövzusunda açıq dərsi keçirildi.
Dərsdə Fizika və texniki fənlrər fakültəsinin dekan müavini, dos. Mətanət Tağıyeva, kafedra müdiri dos.Yahya Namazov, kafedranın professor – müəllim heyəti üzvlərindən dos.Sabir Əliyev., dos. Səyyarə İsgəndərova., .b/m. İlhamə Mövsümova., b/m.Rəşad Abbasov., müəl. Aygün Kazımova iştirak etmişdilər.
b/m. Sevinc İmanova dərsə başlamazdan əvvəl açıq dərsdə iştirak edən professor – müəllim heyəti üzvlərini salamladı. Daha sonra kompyuter texnikasından istifadə etməklə mövzunun nəzəri hissəsinin izahına başladı. O, mövzunun izahı zamanı tələbələri mövzunun izahına cəlb edirdi və bu zaman onların fərdi xüsusiyyətlərini nəzərə alırdı.
Dərs qənaətbəxş qiymətləndirilmişdir.