Açıq dərs – 12.11.2025

12 noyabr 2025-ci il tarixində Fizika kafedrasının  dosenti İsgəndərova Səyyarə Paşa qızının    II kurs Fizika müəllimliyi ixtisasında “Klassik mexanika” fənnindən “İki cisim məsələsi. Elastiki toqquşma” mövzusunda mühazirə açıq dərsi olmuşdur.

Dərsdə Fizika və texniki fənlrər fakültəsinin dekanı, prof. Muğan Quliyev., GDU- rektorluğunun nümayəndəsi dos.Cəfər İbrahimov., Fizika kafedrasının müdiri, dos. Yahya Namazov, kafedranın professor – müəllim heyəti üzvlərindən dos.Rizvan İmanov.,   t.f.d. b/m. Südabə Məmmədova və müəl. Əfsanə Dəmirova iştirak etmişlər.

Metodik təminatı (mühazirə mətni, sillabus, proqram) tələblərə uyğun olan mühazirədə müəllim psixoloji və pedaqoji üsullardan istifadə edərək tələbələrin dərsə olan marağını artırmış, yeni üsul və metodlar tətbiq etməklə tələbələrin fəallığına, onların məmnunluğuna və eləcə də məqsədinə nail olmuşdur.

Dərs qənaətbəxş qiymətləndirilmişdir.