


12 noyabr 2025-ci il tarixdə Fizika və texniki fənlər fakültəsinin Təsviri incəsənət kafedrasında növbəti Elmi Seminar keçirildi. Kafedranın müəllimi Məmmədova Ayşə Elbrus qızı “HİBRİD KİTAB DİZAYNI VƏ ONUN TƏDRİS PROSESİNDƏ TƏTBİQİ İMKANLARI ” mövzusu ilə çıxış etmişdir.
Elmi seminarda Təsviri incəsənət kafedrasının professor – müəllim heyəti iştirak edirdi.
Seminarda müəllim Ayşə Məmmədova proyektordan istifadə etməklə slayd hazırlamış və seminar mövzusunun haqqında geniş məlumatlar vermişdir. Mövzuda müəyyən məsələlər bizə xatırlatıldı və hətta yeni fikirlər çatdırıldı. Seminar hamının marağına səbəb oldu.
Daha sonra Ayşən Məmmədova müəllimlərin suallarına cavab verdi.
Məruzə ətrafında kafedra müəllimləri öz fikirlərini bildirərək çıxılş etdilər.