AÇIQ DƏRS – 20.11.2025

20 noyabr 2025-ci il tarixdə Fizika və Texniki fənlər fakültəsində Təsviri incəsənət kafedrasının baş müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru Tağıyeva Ruqiyyə Akif qızının I (1) kurs Təsviri incəsənət müəllimliyi ixtisasında “RƏSM” fənnindən “Orta mürəkkəbliyə malik gips ornamentin rəsmi” Mərhələ: İşıq–kölgə münasibətinin verilməsi” mövzusunda açıq dərsi keçirildi.

Açıq dərsdə Fizika və texniki fənlər fakültəsinin dekanı prof. Muğan Quliyev, Təsviri incəsənət kafedrasının müdiri, dos. Mərdan Məmmədov., kafedranın professor – müəllim heyəti üzvlərindən dos.Akif Hüseynov., b/m. Raziyyə Allahverdiyeva., b/m.p.f.d.Lalə Cahangirova., b/m. Esmira Verdiyeva ., b/m. Səriyyə Kazımova., b/m. Xəyalə Musayeva, müəl.Nəzrin Ağayeva, müəl. Fatimə Vahidova iştirak edirdilər.

Müəllim açıq dərsi yaxşı təşkil etmişdi. Dərsə aid sənədləri yerində idi. Açıq dərs əsasən kurikulum üsulu ilə hazırlanmışdır. Müəllim internet vasitəsilə kifayət qədər video görüntüləri əldə etmiş və dərs prosesindən səmərəli şəkildə istifadə etdi. Ümumiyyətlə, açıq dərs müasir dərsə verilən tələblər səviyyəsində aparıldı və keçirilən açıq dərs yüksək səviyyədə keçdi.

Keçirilən açıq dərs tələbə və müəllim heyəti tərəfindən yüksək qiymətləndirilərək qənaətbəxş hesab edildi.

A