


20 NOYABR 2025-ci il tarixdə Gəncə Dövlət Universitetinin Xarici Dillər Fakültəsinin “Praktik Xarici Dillər” kafedrasının müəllimi Günay İsmayılova tərəfindən Fizika və Texniki Fənlər Fakültəsinin II kurs tələbələri ilə “Xarici dildə Akademik Kommunikasiya” fənnindən açıq dərs keçirildi. Dərs “8.3: What Do You Recommend?” mövzusuna həsr olunmuşdu.
Dərsdə Fizika və Texniki Fənlər Fakültəsinin dekan müavini dos. Elxan İsmayılov, “Praktik Xarici Dillər” kafedrasının müəllimləri Yeganə Salahova və Aytən Kərimli iştirak etdilər.
Dərsin gedişatına diqqət izlənildi, müəllimə dərsə yüksək səviyyədə hazırlıqla yanaşmışdı. Dərsdə tələbələrə film növləri ilə tanışlıq və praktiki suallara cavab vermək bacarıqları üzərində çalışmağa imkan yaradıldı. Bundan əlavə, indiki sadə və davam edici zamanların müqayisəli şəkildə mənimsənilməsi mövzusunda interaktiv məşğələlər keçirildi.
Müəllimə dərsin müxtəlif mərhələlərində tələbələrin fəallığını artırmaq üçün bir sıra interaktiv tapşırıqlar və müzakirələr təklif etdi. Dərsin əsas məqsədi tələbələrin dil bacarıqlarını inkişafdırmaq və müxtəlif mövzularda öz fikirlərini effektiv şəkildə ifadə etmələrini təmin etmək idi. Slayd nümayişi və praktik məşğələlər vasitəsilə tələbələr mövzuları daha dərindən öyrəndilər.
Dərs yüksək metodiki səviyyədə keçirildi və iştirak edən pedaqoji heyət dərsin keyfiyyətini yüksək qiymətləndirdi.