




02 dekabr 2025-ci il tarixində Fizika kafedrasının baş müəllimi, Mövsümova İlhamə Möhkəm qızının III kurs Fizika müəllimliyi ixtisasında “Fizikanın tədrisi metodikasının mürəkkəb və xüsusi məsələləri” fənnindən “ Mexaniki rəqslər və dalğalar” mövzusunun bəzi məsələlərinin tədrisi metodikası” mövzusunda açıq dərsi keçirildi.
Dərsdə Fizika və texniki fənlrər fakültəsinin dekanı, prof. Muğan Quliyev., GDU-nun rektorluğunun nümayəndəsi dos.Cəfər İbrahimov., kafedra müdiri dos.Yahya Namazov, kafedranın professor – müəllim heyəti üzvlərindən dos. Zakir Zeynalov., dos.Niyazi Quliyev., dos. Səyyarə İsgəndərova., p.f.d. b/m. Samirə Rüstəmova., f.f.d.b/m. Nuranə Verdiyeva., müəl. Tünzalə Tahirova iştirak etmişdilər.
b/m. İlhamə Mövsümova dərsə başlamazdan əvvəl açıq dərsdə iştirak edən professor – müəllim heyəti üzvlərini salamladı. Daha sonra kompyuter texnikasından istifadə etməklə mövzunun nəzəri hissəsinin izahına başladı. O, mövzunun izahı zamanı tələbələri mövzunun izahına cəlb edirdi və bu zaman onların fərdi xüsusiyyətlərini nəzərə alırdı.
Açıq dərsin sonunda, tələbələrlə birlikdə müzakirədən sonra açıq dərs “qənaətbəxş” qiymətləndirildi.