



03 dekabr 2025-ci il tarixdə Fizika və Texniki fənlər fakültəsində Təsviri incəsənət kafedrasının baş müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru Cahangirova Lalə Vladimir qızının II kurs Təsviri incəsənət müəllimliyi ixtisasında “Azərbaycan incəsənəti” fənnindən “XX əsrdə dekorativ tətbiqi sənətlər” mövzusunda açıq dərsi keçirildi.
Açıq dərsdə Fizika və texniki fənlər fakültəsinin dekan müavini Mətanət Tağıyeva., Təsviri incəsənət kafedrasının müdiri, dos. Mərdan Məmmədov., kafedranın professor – müəllim heyəti üzvlərindən p.f.d. b/m. Ruqiyyə Tağıyeva., b/m. Elnarə Rəsulova., b/m. Emilya Həsənova., b/m. Xəyalə Musayeva, müəl. Ayşə Məmmədova iştirak edirdilər.
Müəllim dərsə ciddi hazırlaşmışdı. Dərsə aid zəngin videorolik hazırlamışdı. Təlimin texniki vasitələrindən geniş istifadə etdi. Dərsin gedişində qoyduğu suallar və apardığı izahatlar elmi və düşündürücü idi. Müəllim dərsdə özünü çox sərbəst aparırdı. Ümumiyyətlə müəllimə qarşısına qoyduğu məqsədə nail oldu.
Keçirilən açıq dərs tələbə və müəllim heyəti tərəfindən yüksək qiymətləndirilərək qənaətbəxş hesab edildi.