Təsviri İncəsənət kafedrasının baş müəllimi Musayeva Xəyalə Eyvaz qızı Azərbaycan Rəssamlar İttifaqına üzv seçilib

Gəncə Dövlət Universitetinin Təsviri İncəsənət kafedrasının baş müəllimi Musayeva Xəyalə Eyvaz qızı Azərbaycan Rəssamlar İttifaqına üzv seçilib.

Təsviri İncəsənət kafedrasının baş müəllimi Musayeva Xəyalə Eyvaz qızı Azərbaycan Rəssamlar İttifaqına üzvlüyə qəbul olunub. Bu seçim onun illər ərzində incəsənət sahəsində göstərdiyi səmərəli pedaqoji fəaliyyəti, yaradıcılıq uğurları və sənətə verdiyi töhfələrin təqdiridir.

Xəyalə Musayeva illərdir gənc rəssamların yetişməsində fəal iştirak edir, tələbələrin yaradıcılıq potensialının inkişafına xüsusi diqqət göstərir. Onun əsərləri sərgilərdə uğurla nümayiş etdirilir və sənət ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir.

Kollektiv adından Musayeva Xəyalə Eyvaz qızını bu münasibətlə təbrik edir, ona yaradıcılıq fəaliyyətində yeni uğurlar arzulayırıq.