AÇIQ DƏRS- 11.03.2026

11 mart 2026-cı il tarixində Fizika kafedrasının  dosenti Quliyev Niyazi İslam oğlunun   III kurs Fizika müəllimliyi ixtisasında “Bioloji sistemlər fizikası ” fənnindən  “Diffuziya. Osmos təzyiqi. Membranlardan maddələrin nəqli. Qeyri-fəal və fəal nəql. Termodinamikanın I qanununun bioloji sistemlərə tətbiqi. Entropiyanın fiziki mənası. Termodinamikanın II qanununun canlı orqanizmə tətbiqi” mövzusunda açıq dərsi keçirildi.

Dərsdə Fizika və texniki fənlrər fakültəsinin dekan müavini dos. Elxan İsmayılov ., Fizika kafedrasının müdiri dos.Yahya Namazov, kafedranın professor – müəllim heyəti üzvlərindən dos. Zakir Zeynalov., dos.Rizvan İmanov., f.f.d. b/m. Sevinc İmanova., b/m.t.f.d. Südabə Məmmədova., b/m. İlhamə Mövsümova., müəl. Tünzalə Tahirova iştirak etmişdilər.

dos. Niyazi Quliyev dərsə başlamazdan əvvəl açıq dərsdə iştirak edən  professor – müəllim heyəti üzvlərini salamladı. Daha sonra kompyuter texnikasından istifadə etməklə mövzunun  nəzəri  hissəsinin izahına başladı.  O, mövzunun  izahı zamanı tələbələri mövzunun izahına cəlb edirdi və bu zaman  onların fərdi xüsusiyyətlərini nəzərə alırdı.

Açıq dərsin sonunda, tələbələrlə birlikdə müzakirədən sonra açıq dərs yüksək qiymətlə “qənaətbəxş” qiymətləndirildi.