22 İYUN  2026-CI İL TARİXİNDƏ GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNİN FİZİKA  KAFEDRASININ NÖVBƏTİ İCLASI KEÇİRİLİB.

İclasda kafedra müdiri, dosent Yəhya Namazov və kafedranın professor-müəllim heyəti iştirak etmişdir.

 İclası kafedra müdiri, dosent Yəhya Namazov açaraq gündəlikdə duran məsələləri iştirakçıların müzakirəsinə təqdim etmişdir.

İclasda 2025-2026-cı tədris ilinin yay imtahan sessiyasının nəticələri ətraflı müzakirə olunmuşdur. Kafedranın professor-müəllim heyəti tərəfindən sessiyanın gedişi, tələbələrin imtahan nəticələri və müvəffəqiyyət göstəriciləri barədə məlumatlar dinlənilmiş, müvafiq qiymətləndirmələr aparılmışdır.

İclasın növbəti məsələsi olaraq, müəllimlərin 2025/2026-cı tədris ilinə aid hesabatları müzakirə edilərək təsdiq edilmişdir. Kafedranın hər bir üzvü tədris ilində gördüyü işlər, elmi-pedaqoji fəaliyyəti və metodiki işləmələri barədə hesabat vermişdir.

Bundan əlavə, “Azərbaycan müəllimi” qəzetinin 16 may 2026-cı il tarixli sayında dərc olunmuş elana əsasən, Fizika kafedrasında boş olan dosent yerlərini tutmaq üçün daxil olmuş ərizələr müzakirəyə çıxarılmışdır. Müzakirələr zamanı namizədlərin elmi-pedaqoji fəaliyyəti, ixtisas səviyyəsi və kafedranın qarşısında duran vəzifələr nəzərə alınmaqla müvafiq qiymətləndirmə aparılmışdır.

İclasda həmçinin cari məsələlərə dair geniş fikir mübadiləsi aparılmışdır. Kafedranın əməkdaşları dos.Y.B.Namazovun, dos, S.P.İsgəndərovanın və dos.N.İ.Quliyevin hazırladıqları “Kütlə və istiliyin transferi” dərs vəsaitinə qrif alınması məsələsi müzakirə olunmuşdur.

Müzakirə olunan məsələlər üzrə dosent dosent V.Rüstəmov, dosent  Z.Zeynalov, dosent R.Hüseynov, dosent  N.Quliyev,  fizika üzrə fəlsəfə doktoru, baş müəllim A.Həmzəyeva, dosent S.İsgəndərova, dosent  R.M. İmanov, pedaqogika üzrə fəlsəfə doktoru, baş müəllim S.K.Rüstəmova, baş müəllim S.X. Musayev və başqaları çıxış etmişdir.