09.03.2017- ci il tarixdə Yusifov Mustafa Qasım oğlunun açıq dərsi keçirildi

09 mart 2017 – ci il tarixdə Gəncə Dövlət Universitetinin Fizika və texniki fənlər fakültəsinin  ÜTF və exnologiya kafedrasının dosenti, Yusifov Mustafa Qasım oğlunun  IV kurs Təsviri İncəsənət   müəllimliyi ixtisasında  “Hidravlika və hidravlik maşınlar” fənnindən açıq dərsi keçirilmişdir. Açıq dərsin mövzusu “Birləşmiş qablarda maye müvazinəti. Paskal qanunu və onun təcrübi tətbiqi” olmuşdur.

Açıq dərsdə Fizika və texniki fənlər fakültəsinin dekanı, prof.M.Quliyev, GDU  rektorunun səlahiyyətli nümayəndəsi dos.C.H.İbrahimov., ÜTF və texnologiya kafedrasının müdiri, dos.E.M.Cavadov., kafedranın professor – müəllim  heyəti üzvlərindən 10 nəfər  iştirak etdilər.

Dos. Yusifov M.Q. mövzunu əyani vasitələrdən  istifadə etməklə pedaqoji bacarıq nümayiş etdirərək izah etdi.

Açıq dərsin sonunda tələbələrin və professor – müəllim heyəti üzvlərinin iştirakı ilə müzakirə edildi və açıq dərs yüksək qiymətləndirildi.