A.H.ƏLİYEVANIN açıq dərsi keçirildi.

 

03..XII.2015 – ci il tarixində ÜTF və texnologiya kafedrasının baş müllimi Afət Həmid qızı Əliyevanın  İbtidai sinif  müəllimliyi ixtisasının II1 kurs tələbələrinə tədris etdiyi “Texnologiya və onun tədrisi metodikası” fənnindən açıq dərsi keçirildi.

Dərsin mövzusu: “Texnologiya fənnində müxtəlif materiallarla görülən işlər” idi.

Açıq dərsdə kafedra müdiri dos.M.T.Nağıyev, kafedranın professor – müəllim heyəti,  B/T-si və idman kafedrasının  baş müəllimi İlqar Haqverdiyev  iştirak etmişlər.

Mövzu ilə bağlı müxtəlif meyvə – tərəvəz, heykəl, dağ və s. modellərin papye – maşye üsulunda istifadə etməklə hazırlanması qaydalarını izah etməklə ətraflı məlumat verdi.  Əvvəlcədən müxtəlif materiallardan məmulatların hazırladığı slaytları proyektorla izah edərək tələbələrin nəzərinə çatdırdı. Tələbələr gildən, plastilindən, taxtadan, fanerdən, ağacdan, daşdan, qumdan və s. məmulatlardan hazırlanan nümunələri əhatə edən video çarxa baxdılar. Mövzu ilə bağlı ədəbiyyatlardan, metodik göstərişlərdən də istifadə etdi.

Açıq dərs tələbələr  və müəllim heyəti tərəfindən “yaxşı” qiymətləndirildi.