[metaslider id=1976]
30 mart 2017 – ci il tarixdə Gəncə Dövlət Universitetinin Fizika və texniki fənlər fakültəsinin Fizika kafedrasının müəlliməsi Verdiyeva Nuranə Əlişir qızının I kurs Fizika ixtisasında “Molekulyar fizika” fənnindən açıq dərsi keçirilmişdir. Açıq dərsin mövzusu “İdeal qazın genişlənməsi və sıxılması zamanı görülən iş. Daxili enerji. İstilik miqdarı. Termodinamikanın I qanunu” olmuşdur.
Açıq dərsdə Fizika və texniki fənlər fakültəsinin Fizika kafedrasının müdiri dos.N.İ.Quliyev., GDU rektorunun səlahiyyətli nümayəndəsi dos.C.H.İbrahimov., dos.E.M.Cavadov., Fizika kafedrasının professor – müəllim heyəti üzvlərindən 15 nəfər iştirak etmişlər.
Müəl.N.Ə.Verdiyeva açıq dərsin gedişində əyani vasitələrdən istifadə etməklə mövzunu tələbələrə çatdırıldı.
Açıq dərsin yekununda tələbələrin və professor – müəllim heyəti üzvlərinin iştirakı ilə müzakirə edildi və açıq dərs yaxşı qiymətləndirildi.