30 mart 2017 – ci il tarixdə Gəncə Dövlət Universitetinin Fizika və texniki fənlər fakültəsinin ÜTF və exnologiya kafedrasının baş müəllimi, Məmmədov Kamal Rəsul oğlunun II kurs Təsviri İncəsənət müəllimliyi ixtisasında “Rəsmxətt və onun tədrisi metodikası” fənnindən açıq dərsi keçirilmişdir. Açıq dərsin mövzusu “Kəsimlərin işlənmə və işarə olunma qaydaları” olmuşdur.
Açıq dərsdə Fizika və texniki fənlər fakültəsinin dekanı, prof.M.Quliyev, GDU rektorunun səlahiyyətli nümayəndəsi dos.C.H.İbrahimov., ÜTF və texnologiya kafedrasının müdiri, dos.E.M.Cavadov., kafedranın professor – müəllim heyəti üzvlərindən 10 nəfər iştirak etdilər.
B/m- Məmmədov K.R. mövzunu əyani vasitələrdən istifadə etməklə pedaqoji bacarıq nümayiş etdirərək izah etdi.
Açıq dərsin sonunda tələbələrin və professor – müəllim heyəti üzvlərinin iştirakı ilə müzakirə edildi və açıq dərs “əla” qiymətləndirildi.