03.04.2017- ci il tarixdə b/müəllim Musayev Seyfəddin Xəlil oğlunun    açıq dərsi keçirildi

20170403_123151 20170403_123315 20170403_123245 20170403_123224 20170403_123149

03 aprel  2017 – ci il tarixdə Gəncə Dövlət Universitetinin Fizika və texniki fənlər fakültəsinin  Fizika kafedrasının  b/müəllimi  Musayev Seyfəddin Xəlil oğlunun  III kurs Fizika müəllimliyi ixtisasında  “Orta məktəb fizika kursunda məsələ həlli”  fənnindən açıq dərsi keçirilmişdir. Açıq dərsin mövzusu “Məsələ həlli üsulları” olmuşdur.

Açıq dərsdə Fizika və texniki fənlər fakültəsinin  Fizika kafedrasının müdiri dos.N.İ.Quliyev., GDU  rektorunun səlahiyyətli nümayəndəsi dos.C.H.İbrahimov., dos.E.M.Cavadov., Fizika kafedrasının professor – müəllim  heyəti üzvlərindən 15 nəfər  iştirak etmişlər.

B/Müəl.S.X.Musayev  açıq dərsin gedişində  əyani vasitələrdən istifadə etməklə mövzunu tələbələrə  çatdırdı.

Açıq dərsin yekununda tələbələrin və professor – müəllim heyəti üzvlərinin iştirakı ilə müzakirə edildi və açıq dərs “əla”  qiymətləndirildi.