05.04.2017- ci il tarixdə dosent İsgəndərova Səyyarə Paşa qızının   açıq dərsi keçirildi

 

05 aprel  2017 – ci il tarixdə Gəncə Dövlət Universitetinin Fizika və texniki fənlər fakültəsinin  Fizika kafedrasının  dosent İsgəndərova Səyyarə Paşa qızının  III kurs  Fizika müəllimliyi ixtisasında  “Nüvə fizikası”  fənnindən açıq dərsi keçirilmişdir. Açıq dərsin mövzusu “Atom nüvəsinin modelləri, nüvənin hidrodinamik – damcı modeli” olmuşdur.

Açıq dərsdə Fizika və texniki fənlər fakültəsinin  Fizika kafedrasının müdiri dos.N.İ.Quliyev., GDU  rektorunun səlahiyyətli nümayəndəsi dos.C.H.İbrahimov., dos.E.M.Cavadov., Fizika kafedrasının professor – müəllim  heyəti üzvlərindən 15 nəfər  iştirak etmişlər.

Dos. S.P.İsgəndərova  açıq dərsin gedişində  əyani vasitələrdən, müasir texnologiyalardan geniş istifadə etməklə  mövzunu tələbələrə  çatdırdı.

Açıq dərsin yekununda tələbələrin və professor – müəllim heyəti üzvlərinin iştirakı ilə müzakirə edildi və açıq dərs “əla”  qiymətləndirildi.