B/m. EMİLYA HƏSƏNOVANIN UĞURU

2014 – cü ildə Heydər Əliyev Fondunun dəstəyi ilə inşa edilmiş Məhsəti Gəncəvi Mərkəzində, Gəncə şəhərinin ictimai – mədəni həyatında və “Dünya – Azərbaycan qadınlarının gözü ilə” adlı qadın rəssamlarının yaradıcılıq sərgizi keçirilmişdi. Sərgidə 23 qadın rəssamların müxtəlif mövzularda 150 – dən artıq qrafiki, yağlı və sulu boya, tikmə, eləcə də muncuq vitraj üsulla yaradılmış əsərləri, dekorativ – tətbiqi sənət nümunələri nümayiş etdirilmişdi. Bu sərgidə Gəncə Dövlət Universitetinin Təsviri İncəsənət kafedrasının baş müəllimi Emilya Həsənova da  vitraj və muncuqla işlənmiş işlərlə iştirak etmişdir.

İlk dəfə Gəncədə yaşayıb – yaradan qadın rəssamların yaradıcılıq sərgisinin keçirilməsi  qadın rəssamlarını  çox sevindirdi.

Gəncə şəhər İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə keçirilən bu sərgidə GDU – nun Təısviri İncəsənət Kafedrasının baş müəllimi Emilya Həsənova  Gəncə Şəhər İcra Başçısı tərəfindən fəxri fərmanla təltif olunmuşdur.

Şəhərimizin rəssam qadınları adından bu sərgidə dəstək verdiyinə, istedadlı insanlara göstərdiyi qayğıya görə şəhər rəhbərliyinə səmimi minnətdarlığını bildiririk.