FIZIKA KAFEDRASININ NÖVBƏTI ICLASI

 

24 dekabr 2015 – ci il tarixdə Gəncə Dövlət Universitetinin Fizika kafedrasının növbəti iclası keçirilmişdir.

İclasda 2015 – 2016 – cı tədris ilinin qış imtahan sessiyasının keçirilməsi haqqında  GDU – nun rektorunun  müvafiq əmrindən irəli gələn vəzifələr, bu  istiqamətdə kafedrada görülmüş işlər, tədris ilinin birinci yarısında dərs yüklərinin icra vəziyyəti, kafedra əməkdaşları tərəfindən hazırlanmış dərs metodik vəsaitlərinin qrif olunması üçün təqdim olunması barədə məsələlər müzakirə edilmişdir.

Qış imtahan sessiyasının yüksək səviyyədə keçirilməsi üçün kafedranın bütün imkanlarının səfərbər edilməsi barədə qərar qəbul edilmişdir.