10.04.2017- ci il tarixdə müəllimə Rüstəmova Leyla Vaqif qızının   açıq dərsi keçirildi

20170410_155146  20170410_155205 20170410_155232

10 aprel  2017 – ci il tarixdə Gəncə Dövlət Universitetinin Fizika və texniki fənlər fakültəsinin  Təsviri İncəsənət kafedrasının müəlliməsi Rüstəmova Leyla Vaqif qızının   IV kurs  Təsviri İncəsənət   müəllimliyi ixtisasında  “Mozaika”  fənnindən açıq dərsi keçirilmişdir. Açıq dərsin mövzusu “Seçilmiş material üzərində natürmort mozaikasının eskizi üzərində iş” olmuşdur.

Açıq dərsdə Fizika və texniki fənlər fakültəsinin  Təsviri İncəsənət  kafedrasının müdiri dos.M.Məmmədov., GDU  rektorunun səlahiyyətli nümayəndəsi  dos.E.M.Cavadov., Təsviri incəsənət  kafedrasının professor – müəllim  heyəti üzvlərindən 5 nəfər  iştirak etmişlər.

Müəl. Rüstəmova L.V.  açıq dərsin gedişində  əyani vasitələrdən, müasir texnologiyalardan geniş istifadə etməklə mövzunu tələbələrə  çatdırdı.

Açıq dərsin yekununda tələbələrin və professor – müəllim heyəti üzvlərinin iştirakı ilə müzakirə edildi və açıq dərs “yaxşı”  qiymətləndirildi.