11.04.2017 – 39 saylı məktəbdə – NÖVBƏTİ ELMİ  SEMİNAR

11 aprel 2017 – ci il tarixdə Gəncə Dövlət Universiteti Fizika və texniki fənlər fakültəsinin Fizika kafedrası tərəfindən Gəncə şəhəri M.C.Paşayev adına 39 saylı orta məktəbdə “Fizikanın müasir problemləri” mövzusunda  Elmi – praktik konfrans keçirilmişdir.  Konfransda GDU – ilə baza məktəbləri arasında əlaqə – komissiyasının sədri dosent A.İ.Quliyev, Fizika və Texniki fənlər fakültəsinin dekanı prof.M.C.Quliyev., Fizika kafedrasınını müdiri, dosent N.İ.Quliyev, kafedraının 10 nəfər professor – müəllim  heyəti üzvləri, M.C.Paşayev adına 39 saylı orta məktəbin fizika müəllimləri, IX- X – XI – sinif şagirdləri  GDU – nun Fizika müəllimliyi ixtisasının  IV kurs tələbələri, cəmi 45 nəfər iştirak etmişdir.

Konfransı giriş sözü ilə dos. A.İ.Quliyev açaraq, GDU rektoru prof.Y.Ə.Yusibov adından konfrans iştirakçılarını salamladı və bildirdi ki, konfransın keçirilməsində məqsəd GDU ilə baza məktəbləri arasında əlaqəni möhkəmləndirməkdən ibarətdir.

Daha sonra o konfrans iştirakçılarını  konfransın gündəliyi ilə tanış etdi və sözü Fizika və Texniki fənlər fakültəsinin dekanı prof.M.S.Quliyevə verdi. Prof.M.S.Quliyev  fakültənin tarixi, fəaliyyəti, ixtisaslar, elmi – pedaqoji potensialı, tələbə kontingenti barədə geniş məlumat verərək konfransın işinə  uğurlar arzuladı.

Konfransda GDU –nun Fizika kafedrasının müdiri N.İ.Quliyev “Xaos nəzəriyyəsi”., daha sonra kafedranın dosenti R.M.İmanov “Qara dəlik”., dosent Y.B.Namazov “İfratkeçiricilik” haqqında., b/müəl.S.M.Abdullayev “Böyük partlayış nəzəriyyəsi. Kainatın yaranması”., b/m.S.M.Musayev “Orta məktəb fizika kursunun tədrisində  bölmələrarası genetik  əlaqələrin yaradılması” mövzuları üzrə  əyani vasitələrdən, duiafilmlərdən istifadə etməklə çıxışlar etdilər.

Fizikanın müasir problemlərinə həsr olunan çıxışlar konfrans iştirakçıları tərəfindən maraqla dinlənildi.

Çıxışların sonunda bundan sonra da GDU ilə məktəb arasında əlaqələrin möhkəmləndirilməsinin vacibliyi qeyd edildi.