14.04.2017- ci il tarixdə b/müəllim İmanova Sevinc Ramazan  qızının   açıq dərsi keçirildi

14  aprel  2017 – ci il tarixdə Gəncə Dövlət Universitetinin Fizika və texniki fənlər fakültəsinin  Fizika kafedrasının  b/müəllimi İmanova Sevinc Ramazan qızının  IV kurs  Fizika müəllimliyi ixtisasında  “Təlimin texniki vasitələri və yeni informasiya texnologiyaları ”  fənnindən açıq dərsi keçirilmişdir. Açıq dərsin mövzusu “Tədris prosesində avtomat- öyrədici və yoxlayıcı qurğulardan istifadənin pedaqoji prinsipləri və zəruri şərtləri” olmuşdur.

Açıq dərsdə Fizika və texniki fənlər fakültəsinin  Fizika kafedrasının müdiri dos.N.İ.Quliyev., GDU  rektorunun səlahiyyətli nümayəndəsi dos.C.H.İbrahimov., dos.E.M.Cavadov., Fakültə metodiki şurasının sədri dos.E.H.Mövsümov., Fizika kafedrasının professor – müəllim  heyəti üzvlərindən 8 nəfər  iştirak etmişlər.

B/müəl. İmanova S.R. açıq dərsin gedişində  əyani vasitələrdən, müasir texnologiyalardan geniş istifadə edərək mövzunu tələbələrə  çatdırdı.

Açıq dərsin yekununda tələbələrin və professor – müəllim heyəti üzvlərinin iştirakı ilə müzakirə edildi və açıq dərs “əla”  qiymətləndirildi.