20 aprel 2017 – ci il tarixdə Gəncə Dövlət Universitetinin Fizika və texniki fənlər fakültəsinin Fizika kafedrasının müəllimi Abbasov Rəşad Akif oğlunun IV (1) kurs Fizika müəllimliyi ixtisasında “Nanotexnologiyanın əsasları” fənnindən açıq dərsi keçirilmişdir. Açıq dərsin mövzusu “Nanokompozit və naokristallik materiallar. Ferromaqnit mayelər” olmuşdur.
Açıq dərsdə Fizika və texniki fənlər fakültəsi Fizika kafedrasının müdiri, dos.N.Quliyev, GDU rektorunun səlahiyyətli nümayəndəsi dos.C.İbrahimov., dos. E.M.Cavadov., Fizika kafedrasının professor – müəllim heyəti üzvlərindən: dos.E.İsmayılov., dos.S.Əliyev., dos.M.Tağıyeva., dos.S.İsgəndərova., b/müəl.E.Məmmədov., müəl.X.İsmayılova iştirak etmişdir.
Müəl. Abbasov R.A. açıq dərsin gedişində əyani vasitələrdən, müasir texnologiyalardan geniş istifadə edərək mövzunu tələbələrə çatdırdı.
Açıq dərsin yekununda tələbələrin və professor – müəllim heyəti üzvlərinin iştirakı ilə müzakirə edildi və açıq dərs “əla” qiymətləndirildi.