19 aprel 2017 – ci il tarixdə Gəncə Dövlət Universitetinin Fizika və texniki fənlər fakültəsinin Təsviri İncəsənət kafedrasının müəllimi Rəsulova Elnarə Qoşqar qızının I kurs Təsviri incəsənət müəllimliyi ixtisasında “Rəngkarlıq” fənnindən açıq dərsi keçirilmişdir. Açıq dərsin mövzusu “Yaz mənzərəsinin etüdü” (Rənglə işə başlanması) olmuşdur.
Açıq dərsdə Fizika və texniki fənlər fakültəsinin dekanı, prof.M.Quliyev., Təsviri İncəsənət kafedrasının müdiri, dos.M.Məmmədov., GDU rektorunun səlahiyyətli nümayəndəsi prof. Ə.Quliyev., dos.C.İbrahimov., dos. E.M.Cavadov., Fakültə Elmi metodiki şurasının sədri, dos.E.Mövsümov., Təsviri İncəsənət kafedrasının professor – müəllim heyəti üzvlərindən: dos.A.Hüseynov., b/müəl.Ə.Məhərrəmov., b/müəl.E.Həsənova, müəl.E. Verdiyeva., iştirak etmişdir.
Müəl. Rəsulova E.Q. açıq dərsin gedişində əyani vasitələrdən, müasir texnologiyalardan geniş istifadə edərək mövzunu tələbələrə çatdırdı.
Açıq dərsin yekununda tələbələrin və professor – müəllim heyəti üzvlərinin iştirakı ilə müzakirə edildi və açıq dərs “yaxşı” qiymətləndirildi.