UNİVERSİTET  TƏDBİRİ

20171005_111728

5 oktyabr 2017 – ci il tarixdə Gəncə Dövlət Universitetinin II Tədris binasında  Beynəlxalq Müəllimlər Günü münasibətilə peşə sahiblərinin şərəfinə bayram tədbiri keçirildi.

Universitetin rektoru, professor Yusif Yusibov,  5 Oktyabr –  Müəllimlər Günü münasibətilə universitetin pedaqoji heyətini təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzuladı.

Universitetin rəhbərliyinin  əmrinə əsasən universitetin bir qrup professor-müəllim, inzibati, tədris-köməkçi, təchizat-təsərrüfat  işçilərinə mükafatlar təqdim olundu.

Gənc kadrların hazırlanmasında uzun müddətli qüsursuz və səmərəli elmi-pedaqoji fəaliyyətinə görə 13 nəfər müəllim “Fəxri fərman”la təltif olunub.

TƏBRİK EDİRİK!