5 oktyabr 2017 – ci il tarixdə Dos.Niyazi İslam oğlu Quliyevin   açıq dərsi keçirildi.

 

Gəncə Dövlət Universitetinin  Fizika kafedrasının 2017/2018 – ci tədris ilinin I yarısı üçün açıq dərslərin qrafikinə uyğun olaraq  Fizika kafedrasının müdiri dos. Niyazi İslam oğlu Quliyevin  05 oktyabr 2017 – ci il tarixdə  Fizika və Texniki fənlər fakültəsinin IV kurs Fizika müəllimliyi ixtisasında  “Bioloji membranlardan maddələrin daşınması” mövzusunda  açıq dərsi keçirildi.

Açıq dərsdə GDU rektorunun səlahiyyətli nümayəndələri dos.C.H.İbrahimov və dos.E.M.Cavadov, Fizika və texniki fənlər fakültəsinin dekanı prof. M.S.Quliyev, Fizika kafedrasının 33 nəfər professor – müəllim heyyətindən 17 nəfəri iştirak etmişdir.

Dos.N.İ.Quliyev müasir tədris vasitələrindən istifadə etməklə mövzunu tələbələrə hərtərəfli  çatdırdı və dərsin gedişində  tələbələrin mövzuya cəlb edilməsini təmin  etdi.

Açıq dərsin sonunda tələbələrin iştirakı ilə açıq dərs əla qiymətləndirildi.