11.10.2017- cı il tarixdə b/müəl.Seyfəddin Xəlil oğlu Musayevin  açıq dərsi keçirildi

    

11.10.2017 – cı il tarixdə Fizika  kafedrasının baş müəllimi Seyfəddin Xəlil oğlu Musayevin “Ekologiya mühəndisliyi” üzrə  I kurs tələbələri ilə “Fizika” fənnindən  “Müxtəlif mühitlərdə elektrik cərəyanı” mövzusunda açıq dərsi keçirildi.

Açıq dərsdə GDU rektorunun səlahiyyətli nümayəndələri dos.C.H.İbrahimov və dos.E.M.Cavadov, Fizika kafedrasının müdiri, yoxlama komissiyasının üzvü N.İ.Quliyev.,   kafedranın  professor – müəllim heyətinin üzvlərindən 6 nəfər  iştirak  etdilər.

B/müəl.S.X.Musayev mövzunun deyilmə metodikasına uyğun olaraq mövzu ilə əlaqəli  mövzulardan başlayaraq, ardıcıllıqla yeni mövzunun izahını başladı. Mövzu üzrə elektron variantda  məlumat verərək lövhədə  geniş izahat verdi.

Açıq dərs tələbələr  və müəllim heyəti tərəfindən “əla” qiymətlə qiymətləndirildi.