13.10.2017- cı il tarixdə b/müəl. Esmira Hüseyn qızı Verdiyevanın  açıq dərsi keçirildi

13.10.2017 – cı il tarixdə Təsviri incəsənət  kafedrasının baş müəllimi  Esmira Hüseyn qızı Verdiyevanın “Təsviri incəsənət müəllimliyi” ixtisası üzrə  IV kurs tələbələri ilə “Vitraj” fənnindən  “Süjetli kompozisiya. Yekun işçi eskiz üzərində iş” mövzusunda açıq dərsi keçirildi.

Açıq dərsdə GDU rektorunun səlahiyyətli nümayəndəsi dos.C.H.İbrahimov,  Təsviri incəsənət kafedrasının müdiri, dos.M.Məmmədov, kafedranın  professor – müəllim heyətinin üzvlərindən 5 nəfər  iştirak  etdilər.

B/müəl.E.H.Verdiyevanın dərsi laborator məşğələsi idi. Laborator məşğələsində təşkilati hissə dərsin vacib mərhələsi sayılır ki, E.Verdiyeva da onu normal təşkil etmişdir.

Dərsin izahı zamanı işçi eskizi hamının iştirakı ilə seçildi. İşçi eskizin seçilməsi zamanı müasir texnologiyadan istifadə edərək vitraj eskizlərinin nümunələri və işlənmə metodikası nümayiş etdirildi.

Açıq dərs tələbələr  və müəllim heyəti tərəfindən “yaxşı” qiymətləndirildi.