25.10.2017 –ci il tarixdə müəl.Aysel Yunis qızı Həmzəyevanın  açıq dərsi keçirildi

25.10.2017 – cı il tarixdə Fizika  kafedrasının müəl. Həmzəyeva Aysel Yunis qızının “Fizika müəllimliyi” ixtisası üzrə  II kurs tələbələri ilə “Elektromaqnetizm” fənnindən  “Om qanununa  əsasən naqillərin xüsusi müqavimətinin təyini” mövzusunda açıq dərsi keçirildi.

Açıq dərsdə GDU rektorunun səlahiyyətli nümayəndəsi dos.E.M.Cavadov , Fizika və texniki fənlər fakültəsinin dekanı, prof.M.S.Quliyev, Fizika kafedrasının müdiri, yoxlama komissiyasının üzvü dos.N.İ.Quliyev.,   kafedranın  professor – müəllim heyətinin üzvlərindən 7 nəfəri  iştirak  etdilər.

Müəl.A.Y.Həmzəyeva dərsi keçmiş mövzu ilə əlaqələndirərək, yeni movzunun tədrisi diskussiya şəklində aparılmışdır. Dərsdə müasir  təlim texnologiyalarından istifadə edilmişdir.

Açıq dərsin sonunda tələbələr və müəllim heyəti tərəfindən  “əla” qiymətlə qiymətləndirildi.