FİZİKA VƏ TEXNİKİ FƏNLƏR FAKÜLTƏSİNDƏ 20 YANVAR ŞƏHİDLƏRİNİN ANIM GÜNÜ

 

18 yanvar 2018 – ci il tarixdə Fizika və texniki fənlər fakültəsində  20 yanvar Ümumxalq Hüzn gününə həsr edilmiş tədbir keçirildi.

Tədbir fakültə dekanlığı fə fakültə tələbə gənclər təşkilatı tərəfindən hazırlanmışdı. GDU –nun Humanitar Məsələlər üzrə prorektoru, dosent Gülsüm xanım Fətəliyeva da tədbirdə iştirak edirdi.

20 yanvar Şəhidlərinin, vətənimizin azadlığı, müstəqilliyi və bölünməzliyi uğrunda canından keçmiş digər şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbirdə prorektor, dos.G.Fətəliyeva  və fakültə dekanı, prof.M.Quliyev çıxış etdilər.

Çıxış edənlər qeyd etdilər ki, Azərbaycan xalqı 1990 –cı ilin 20 yanvarını həm faciə, həm də qəhrəmanlıq kimi yaşadı. O, müdhiş gecə  itkilərimiz ağır oldu. Amma xalqımız  sübut etdi ki, müstəqilliyini qazanmaq,  ərazi bütövlüyünü qorumaq üçün canından keçməyə hazırdır.

Ümummilli lider Heydər Əliyevin  sözləri ilə desək, “Qanlı 20 yanvar günü xalqımız öz əziz vətəndaşlarını itirsə də, öz namusunu, şərəfini qorumuşdur. Xalqımız sübut etmişdir ki, onun  iradəsini qurmaq olmaz”.

Sonra fakültə  tələbələri hazırladıqları proqramı təqdim etdilər.

Qeyd edək ki, bu günlər dərslər başa çatmiş olsa da tələbələrimiz yüksək  vətənpərvərlik və məsuliyyət hissi göstərərək tədbirə gəlmişdilər və 180 yerlik zal tam dolmuşdu.

Tədbirin yüksək səviyyədə hazırlanmasında  fakültənin  təsviri incəsənət  müəllimliyi ixtisası tələbələrinin və fakültə TGT-nin sədri II kurs tələbəsi Əminə Əliyevanın əməyini xüsusi qeyd etmək lazımdır.