23.05.2018- ci il tarixdə b/müəllim Hacıyeva Bahar Sabir qızının açıq dərsi keçirildi

23 may  2018 – cı il tarixdə “ÜTF və texnologiya”  kafedrasının  baş müəllimi Hacıyeva Bahar Sabir qızının “Texnologiya müəllimliyi” ixtisası üzrə  II kurs tələbələri ilə “Materialşünaslıq” fənnindən “ Metalların torna dəzgahında emalı”  mövzusunda  açıq dərsi keçirildi.

Açıq dərsdə GDU rektorunun səlahiyyətli nümayəndəsi, ÜTF və texnologiya kafedrasının müdiri dos.E.M.Cavadov., Fizika kafedrasının müdiri, dos.N.Quliyev., ÜTF və texnologiya kafedrasının professor – müəllim heyəti üzvlərindən: dos.M.Yusifov., dos.G.R.Əhədova.,  b/m-M.Sadıxova., b/m.T.Verdiyeva., labor.müdiri – A.Quliyeva., b/lab.-Q.Ələkbərova iştirak  etdilər.

b/m.B.Hacıyeva   ilk növbədə tələbələrin dərsə davamiyyətini yoxlayıb, sinif jurnalında qeydiyyat apardı. İKT imkanlarından istifadə edərək proyektordan istifadə etməklə dərsə başladı. Slaytda mövzu ilə bağlı reproduksiyaları tələbələrə göstərib, tələbələri bu sorğuya cəlb etdi.

Açıq dərsin sonunda tələbələr və müəllim heyəti tərəfindən  açıq dərs 29 balla  “əla” qiymətlə  qiymətləndirildi.